19 noyabr 2024 at 21:40
Jurnalist kodu: 5561
Xəbər kodu: 85664827
T T
0 Persons

Bəqai: Qəzzə uşaq qəbiristanlığına çevrilib

19 noyabr 2024 at 21:40
Xəbər kodu: 85664827
Bəqai: Qəzzə uşaq qəbiristanlığına çevrilib

Tehran - İRNA - İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: “Qəzzə amansız bombardmanlar altında uşaq qəbiristanlığına çevrilib.”

İsmail Bəqai X sosial şəbəkəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaxınlaşmasına toxunaraq yazıb: “20 noyabr Uşaqların Beynəlxalq Müdafiəsi Günü bütün uşaqların sülh və əmin-amanlıq şəraitində yaşamaq hüququnu xatırladır. Bu münasibət Qəzzə uşaqlarının əzablarını görmək üçün bir fürsətdir.”

Mətbuat katibi Qəzzənin amansız bombardmanlar altında uşaq qəbiristanlığına çevrildiyini bəyan edərək yazıb: “Bu bir ildə 17 mindən çox fələstinli uşaq qətlə yetirilib, minlərlə uşaq itkin düşüb, on minlərlə uşaq yaralanıb, yüzlərlə uşaq anesteziyasız amputasiya əməliyyatı keçirib. 35 mindən çox uşaq yetim qalıb, bir çoxu isə bütün ailə üzvlərini itirib, 4000-ə yaxın uşaq aclıqdan ölüb, saysız-hesabsız sayda uşaq da aclıq, xəstəlik, köçkünlük və əsas ehtiyacların olmaması səbəbindən risk altındadır.”

“Fələstinin insan haqları üzrə xüsusi məruzəçisi xanım Françeska Albanesenin verdiyi hesabata görə, son onilliklərdə yüzlərlə fələstinli uşaq və yeniyetmə İsrail rejimi tərəfindən oğurlanaraq girov götürülüb” - deyə, Bəqai əlavə edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .